Suriyada cümə namazından sonra bəzi şəhərlərdə keçirilən nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində ölənlərin sayı 10-a çatıb. Bu barədə APA CNNTürk-ə istinadən məlumat verir.
Suriyalı fəallar 6 nümayişçinin ölkənin şimalındakı İdlib şəhərində qətlə yetirilib. Nümayişlər həmçinin Hama, Humus, Dera, Deyr əz Zor şəhərlərində keçirilib. Onlarla insan yaralanıb.
İdlib şəhərindən olan Əlaəddin Yusif adlı müxalif «Əl-Cəzir» telekanalına 45 əsgərin müxalifətçilərin tərəfinə keçdiyini bildirib.