«Biz Azərbaycan Beynəlxalq Bankına MDB məkanında İslam bankçılığı üzrə region mərkəzi olmasını təklif edirik». «APA-ECONOMICS»in məlumatına görə, bunu MDB-nin Maliyyə-Bank Şurası Əlaqələndirmə Şurasının sədri Anatoliy Kazakov bəyan edib.
A.Kazakov İslam bankçılığının MDB məkanında böyük potensiala malik olduğunu vurğulayaraq bildirib ki, Birlik ölkələrində iri layihələrin həyata keçirilməsi, sahibkarlığın dəstəklənməsi, uzunmüddətli vəsaitlərin cəlb edilməsi və s. baxımından İslam bankçılığı çox maraqlı sahədir və artıq bu sahənin inkişafı istiqamətində görülən işlər gücləndirilməlidir.
Həmçinin, A.Kazakov MDB-nin Maliyyə-Bank Şurası çərçivəsində islam bankçılığın inkişafına dair işçi qrupun yaradılmasını da təklif edib.