Fransada uydurma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun iki həftə ərzində qüvvəyə minəcək.
APA-nın məlumatına görə, Yelisey Sarayından bildirilib ki, prezident qanunu nəzərdə tutulduğu müddətdə, yəni yaxın iki həftə ərzində imzalayacaq.
Xatırladaq ki, qanun layihəsi Fransa parlamentinin hər iki palatasından keçib və onun qüvvəyə minməsi üçün Nikola Sarkozinin imzası tələb olunur. Qanun saxta “soyqırım”ı inkar edənlərin 1 il azadlıqdan məhrum edilməsini və 45 min avro miqdarında cərimələnməsini ehtiva edir.