İranda martın 2-də milyonlarla seçici və yüzlərlə namizədin iştirak edəcəyi parlament seçkilərində müxalif islahatçılar parlament uğrunda mübarizə aparmayacaq.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, seçkilərdə əsas mübarizə prezident Mahmud Əhmədinejad və ali dini lider Ayətulla Əli Xamneyi tərəfdarları arasında gedəcək.