Kərbəlada, “Əl-Əqilyatu Zeynəb Əl-Kübrə Əleyha Əs-Salam” məbədinin tikintisinə başlanılıb.
SalamNews FarsNews-a istinadən xəbər verir ki, inşaat işləri ərəfəsində imam Hüseynin (ə) ziyarətgahının ətrafındakı 125 bina sökülüb.
İmam Hüseynin (ə) məbədində də genişləndirmə işləri aparılır. Bu məqsədlə 20 min kvadrat metr sahəsi olan 4 mərtəbəli bina tikiləcək. Binada zəvvərlar üçün otaqlar, namazxanalar, kitabxana və məbədin mühafizə xidmətinin ofisi yerləşəcək