Pakistanda kamikadzenin üzərindəki bombanı məscidə partlatması nəticəsində ən azı 22 nəfər ölüb, 20 nəfər yaralanıb.
APA-nın məlumatına görə, hadisə Tora vadisində cümə namazı vaxtı baş verib. Ölənlərin əksəriyyəti “Ləşkəri-islam” qruplaşmasının üzvləridir. Partlayış baş verən məscidə qruplaşmanın lideri Manqal Baq nəzarət edib. Terror aktına görə məsuliyyəti öz üzərinə “Taliban” hərəkatı götürüb. “Taliban” uzun illərdir Tira vadisinə nəzarət uğrunda “Ləşkəri-islam”la mübarizə aparır.