Misirdə prezident seçkiləri 2012-ci il mayın 23-ü və 24-də keçiriləcək. SalamNews RBK agentliyinə istinadən xəbər verir ki, bu barədə Misir Seçki Komissiyasının sədri, Misir Konstitusiya Məhkəməsinin başçısı Faruk Sultan bəyan edib.
Türkiyənin İstanbul şəhərində Ədalət və İnkişaf Partiyasının (AKP) şəhər təşkilatının binasının yaxınlığında, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) binasının qarşısında partlayış baş verib.
Türkiyə və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Əhməd Davudoğlu həmkarı Əli Əkbər Salehi ilə əsasən İran və “altılıq” arasında görüşün yenidən başlaması məsələsini müzakirə edib. Hər iki ölkənin xarici işlər nazirləri görüşün tezliklə başlamasını vacib sayıblar.
Bir körpə uşaq evin damına çıxmışdı, düşə bilmirdi. Camaat uşağın anasının harayına gəlib, evin qabağına toplaşır. Bu arada uşağın ayağı sürüşərək damdan yıxılır.