Fələstinin Milli Administrasiyasının və FƏTH hərəkatının lideri Mahmud Abbas və HƏMAS hərəkatınnın siyasi bürosunun sədri Xalid Məşəl gələn həftə Qahirədə görüş keçirəcəklər. SalamNews RİA “Novosti”yə istinadən xəbər verir ki, görüş zamanı tərəflər daxili barışıq planının həyata keçirilməsi üzrə ixtilafı aradan qaldırmağa çalışacaqlar