Suriyaya beynəlxalq hərbi müdaxilə hələlik pis düşünülüb və bu ölkədə vətəndaş müharibəsinə səbəb ola bilər. ABŞ prezidenti Barak Obama bu fikirdədir.
Böyük Britaniya baş naziri Devid Kemeronla danışıqlardan sonra keçirilən mətbuat konfransında çıxış edən Obama hərbi müdaxilənin Suriyada daha çox ölümə səbəb ola biləcəyini bəyan edib.
Baş nazir Kemeron isə Suriya liderlərinə xəbərdarlıq edib. O beynəlxalq hüququn insan haqları məsələsində «uzun əllərə və güclü yaddaşa» malik olduğunu bəyan edib.