Biz, Ermənistanın "Avroviziya"dan deyil, Qarabağdan çəkilməsinə üstünlük verərdik
Bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Egemen Bağış bəyan edib.
SalamNews-un "Cihan"a istinadla verdiyi xəbərə görə, nazir Azərbaycanda keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində Türkiyəni təmsil edəcək Can Bonomonu qəbul edib. Daha sonra jurnalistlərə açıqlama verən Bağış, Ermənistanın müsabiqədə iştirak etməmə qərarına şərh verib. Nazir Ermənistana"Avroviziya"dan deyil, Qarabağdan çəkilməsini tövsiyə edib: "Biz, Ermənistanın "Avroviziya"dan deyil, Qarabağdan çəkilməsinə üstünlük verərdik. Məncə, bu fikirlərini bir daha nəzərdən keçirmələrində fayda var".