Almaniyada səfərdə olan İsrailin müdafiə naziri Ehud Barakın Berlində Almaniyanın müdafiə naziri Tomas de-Mezyerlə görüşü zamanı əsas müzakirə mövzularından biri İran olub. APA-nın məlumatına görə, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Jurnalistlərin suallarını cavablandıran Tomas de-Mezyer İsrailin İrana hücum etməsinə qarşı çıxaraq belə bir addımın İsrail və bölgə üçün çox böyük risk olduğunu bildirib.