Liviya Milli Keçid Şurasının (MKŞ) başçısı Mustafa Əbdel Cəlili Fələstin Milli Administrasiyasının (FMA) sədri Mahmud Abbasının muxtariyyətə dəvətini qəbul edib.
Liviyanın "Quryna new" qəzeti yazıb ki, səfər yaxın iki ay ərzində baş tuta bilər.
SalamNews RİA “Novosti”yə istinadən xəbər verir ki, səfər baş tutacağı təqdirdə, bu, Liviya rəsmisinin Fələstinə ilk rəsmi səfəri olacaq.
FMA xarici siyasət müəssisənin başçısı Benqaziyə səfəri və Əbdel Cəlil ilə görüş zamanı qeyd edib ki, hər iki tərəf əlaqələrin inkişaf etdirilməsinə dair razılıq əldə ediblər.