Liviyanın keçmiş lideri Müəmmər Qəddafi Səudiyyə Ərəbistanının kralı Abdulla ibn Əbdül Əziz əl Səudu öldürməyi planlaşdırsa da sui-qəsdin üstü Misirin keçmiş prezidenti Hüsni Mübarəkin köməyi ilə açılıb. Bu barədə Misirin keçmiş lideri öz memuarlarında yazıb.
Mübarəkin sözlərinə görə, «o krala sui-qəsd barədə məlumatı məxfi olaraq toplayıb və Misir prezidentinin köməyi ilə polkovnik Qəddafinin sui-qəsdinin üstü son anda açılıb». Mübarək söhbətin neçənci ildən getdiyini yazmayıb. «Səudiyyə kralı son günlərinədək bunu yadından çıxarmamışdı», deyə Mübarək vurğulayıb.