BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzər xüsusi nümayəndəsi Kofi Annan digər ölkələrdən suriyalı müxalifətçilərə silah verilməsi barədə onda məlumat olmadığını bildirib.
«Silahın haradan gəldiyini deyə bilmərəm. Lakin mənim söhbət etdiyim bölgə ölkələrinin rəhbərlikləri Suriyaya silah vermədiklərini bəyan ediblər», deyə o vurğulayıb.
Annan həmçinin yaxın vaxtlarda Suriyaya BMT müşahidəçilərinin göndərilməsinin razılaşdırılacağını bəyan edib.