Suriya hökumət qüvvələri və qiyamı yatırmaq üçün yaradılmış xüsusi birləşmələr Homs şəhərinə daxil olan bir qrup yaraqlını mühasirəyə alıb. Bu barədə yerli hərbi mənbədən məlumat verilib.
SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, əməliyyat Bab-Sbaa, Səfsəfa, Uorşa və Suk-əl-Həşiş məntəqələrində həyata keçirilir. Küçə döyüşləri nəticəsində onlarla yaraqlı öldürülüb və əsir götürülüb. Bəzi yerlərdə isə dinc sakinlər atəşə məruz qalıblar.
Suriya hökumət qüvvələrinin Homs şəhərinin mərkəzi rayonlarını tanklardan atəşə tutduğu bildirilib. Döyüşlərin fərari əsgərlərə qarşı aparıldığı barədə məlumat verilib. Atışmalar zamanı 10 nəfərin öldürüldüyü, çoxlu sayda şəxsin isə yaralandığı vurğulanıb.