Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə mayın 2-də Serbiyaya səfər edəcək QMİ-dən APA-ya verilən məlumata görə, A. Paşazadə mayın 3-də Belqrad şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə təmir və bərpa edilmiş “Bayraqlı Cami” məscidinin və “Müqəddəs Petka” kilsəsinin açılış mərasimlərində iştirak edəcək. Açılış mərasimlərinə Azərbaycan və Serbiyanın dövlət və hökumət rəsmiləri, müsəlman və xristian din xadimləri, ictimaiyyət və KİV nümayəndələri qatılacaq.