İraqın Azərbaycandakı səfirliyi İran Xalq Mücahidləri Təşkilatı üzvlərinin İraqdakı “Əşrəf” düşərgəsindən çıxarılması haqqında bəyanat yayıb. Səfirlikdən APA-ya daxil olan bəyanatda deyilir ki, bəzi KİV-də İraq hökumətinin heç bir əsas olmadan İran Xalq Mücahidləri Təşkilatının İraq ərazisində yerləşən “Əşrəf” düşərgəsindən boşaldılması haqda qərəzli və ajiotaj yaradacaq xəbərlər yayılıb: “Biz İraqın müstəqil, suveren bir dövlət olduğunu və onun bunları bildirməklə heç bir öhdəliyinin olmadığını qeyd edirik. Bununla bərabər, İraq hökumətinin müvafiq beynəlxalq təşkilatlara və KİV-lərə bu qərarı verərkən istinad etdiyi qanuni əsasları dəlil olaraq bildirmək haqqı var.