“İranın nüvə proqramı ABŞ üçün taktiki deyil, strateji bir məsələdir”.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsraildə səfərdə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Con Kerri bu ölkənin prezidenti Şimon Pereslə görüşündə bildirib. O deyib ki, ABŞ prezidenti Barak Obama verdiyi sözə əməl edəcək və Ağ Ev İranın nüvə proqramının inkişafına mane olacağına dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək.