Bu gündən etibarən Türkiyənin «Onur Air» aviaşirkəti İstanbul-Gəncə-İstanbul marşrutu üzrə birbaşa uçuşlara başlayıb.
«APA-ECONOMICS»in məlumatına görə, Gəncədən İstanbula uçuşlar hər həftənin I, II, III, IV və V günləri saat 08:25-də yerinə yetirilir. Gəncə-İstanbul aviareysi üzrə uçuş vaxtı 2,5 saat təşkil edir. Sözügedən aviareysə aviabiletin minimal qiyməti (bir istiqamətdə) 79 avro təşkil edir.
Qeyd edək ki, hazırda Gəncədən Moskva, Sankt-Peterburq, Tümen və Naxçıvana uçuşlar yerinə yetirilir. «Onur Air» şirkəti həmçinin İstanbul-Bakı-İstanbul aviareysi üzrə də uçuşlar həyata keçirir.