Bu gün Misirdə prezident seçkiləri öncəsi təbliğat kampaniyasına start verilib. Seçkiqabağı kampaniyada ümumilikdə, 13 nəfər iştirak edir. Seçkilər isə mayın 23-24-də keçiriləcək.
SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, ictimai rəy sorğularında ƏDL-in sabiq baş katibi Əmr Musa və müstəqil namizəd Əbdel Moneym Əbu əl-Futux liderlik edirlər. İlk üçlüyü isə “Müsəlman qardaşları”nın Azadlıq və Ədalət Partiyasının sədri Məhəmməd Mursi qapayır.