ABŞ İran və Suriyaya qarşı sanksiyaları daha da sərtləşdirib
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, ABŞ prezidentli Barak Obama İranla Suriyaya qarşı sanksiyaları tətbiq etməkdən qaçan və yayınan şəxs və qurumlara qarşı cəzaların sərtləşdirilməsi haqqında yeni sərəncam imzalayıb. Qərara əsasən, ABŞ Maliyyə Nazirliyinə İranla Suriyaya qarşı sanksiyaları tətbiq etməkdən qaçan və yayınan şəxs və qurumları təsbit edərək onların ABŞ-ın maliyyə-ticarət sistemləri ilə olan əlaqələrini kəsmək tapşırılıb.