“Müsəlmanların məsumluğu” filmində çəkilmiş aktrisa Sindi Li Qarsiya film yaradıcılarını və “YouTube” videoportalını yenidən məhkəməyə verib. Bu dəfə o, özünün müəllif hüquqlarının pozulduğunu iddia edir.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 67-ci sessiyasının iclaslarında iştirak etmək üçün ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ın dövlət katibi Hillari Klinton ilə görüşüb.
Hazırda ABŞ-da səfərdə olan İran prezidenti Mahmud Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri, İRNA dövlət xəbər agentliyinin icraçı direktoru, “İran” qəzetinin baş redaktoru Əli Əkbər Cavanfikir həbs olunub.
Suriyanın Rableh şəhəri ətrafında, Livanla sərhədin yaxınlığında silahlı şəxslər 300-dək xristianı oğurlayıblar. Silahlılar 2 gün dalbadal xristianların alma topladıqları bağa gələrək onları aparıblar.
BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad bu ölkənin müxtəlif universitetlərinin müəllim və tələbə heyəti ilə görüşüb.