“Müsəlmanların məsumluğu” filmində çəkilmiş aktrisa Sindi Li Qarsiya film yaradıcılarını və “YouTube” videoportalını yenidən məhkəməyə verib. Bu dəfə o, özünün müəllif hüquqlarının pozulduğunu iddia edir.
SalamNews-un RİA''Novosti''yə istinadən verdiyi xəbərə görə, aktyor oyunu müəllif hüququ kimi qəbul olunmur. Aktyorlarla film prodüserləri arasında münasibətlər isə, əvvəlcədən imzalanmış müqavilələrlə tənzimlənir. Lakin, “Müsəlmanların məsumluğu” filminin yaradıcı heyəti ilə heç bir sənəd imzalanmayıb.
Məhkəmə iddianı müsbət qarşılayacağı təqdirdə ABŞ məhkəmə sistemində unikal presendent meydana gəlmiş olacaq.
Eyni zamanda, bu halda Sindi Li Qarsiya həm “YouTube” videoportalını filmi silməyə məcbur edə, həm də, yüzlərlə internet istifadəçisini məsuliyyəyə cəlb edə bilər.