İraqın Baş naziri Nuri əl Maliki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təklifini nəzakətlə rədd edib.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Nuri əl Maliki, “Əl Irakiye” televiziyasına verdiyi müsahibəsində bildirib ki, Ərdoğan onu şəxsən Türkiyəyə dəvət edib, ancaq bu yaxında başqa səfərləri olduğu üçün o, bu təklifi qəbul etməyib: "Hörmətli cənab Ərdoğana təşəkkür məktubu yazdım. Yaxında səfərimin olması səbəbi ilə bu dəvəti qəbul edə bilməyəcəyimi diqqətinə çatdırdım”.