Hazırda ABŞ-da səfərdə olan İran prezidenti Mahmud Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri, İRNA dövlət xəbər agentliyinin icraçı direktoru, “İran” qəzetinin baş redaktoru Əli Əkbər Cavanfikir həbs olunub.
APA-nın İRNA-ya istinadən məlumatına görə, Ə. Cavanfikir Tehran Məhkəməsinin barəsində çıxardığı 6 aylıq həbs cəzasını çəkmək üçün həbsxanaya salınıb. “Xatun” dərgisində İranın şəriət qaydalarına zidd materiallar dərc etməkdə ittiham olunan prezident müşavirinin jurnalist fəaliyyətinə də üç il qadağa qoyulub.
Qeyd edək ki, bu günlərdə İran Məsləhət Şurasının sədri, eks-prezident, ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu və qızı da həbs olunub.