Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2012-ci ilin dekabr ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 167,003 min ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 161,607 min ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 647,460 min ton xam neft ixrac edib.