"Bəşər Əsədin yeganə çarəsi xalqın iradəsinə hörmət etməkdir".
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Qabonda səfərdə olan R.T.Ərdoğan Bəşər Əsədin ictimaiyyətə verdiyi açıqlamalarına münasibət bildirib.
O, Suriyada Bəşər Əsəd hakimiyyətinin terror saçdığını vurğulayıb, onun müxalifləri terrorçuluqda günahlandırmasına mənfi reaksiya verib: "Zülmə davam edən Əsədin tövsiyələri demokratik ola bilməz".