“İlahi! Əzab-əziyyətə, giriftarlığa, yoxsulluğa taqətim yoxdur. Rizqini məndən kəsib başqalarına möhtac qoyma. Birbaşa hacətimi ver. Mənim işimə özün sərəncam çək. Mənə rəhmət nəzərini sal və bütün işlərimə göz qoy. Çünki məni öz başıma buraxsan aciz qalaram və öz xeyrimə bir iş görə bilmərəm. Xalqın ixtiyarına versən isə onlar mənə qaş-qabaq göstərər, qohum-əqrəbalarımın ixtiyarına versən məhrum qoyarlar. Versələr də, çox az və ovsanasız, minnət və danlaqla verərlər.