 | POPULYARXƏBƏRLƏR |




|
Ayətullah Şahabadi: “Bil ki, sən varsan və ölmürsən. Ölən bədəndir, sən varsan. Diri ikən öz hesabını et, gör ki, axirət həyatı üçün nə hazırlamısan. Qaları olmadığını özün də bildiyin bu iki günlük dünyadan ötrü nə qədər çalışıb-çabalayırsan. Bəs, fitrətin hökmü ilə varlıq və əbədi həyat yeri (kimi qəbul etdiyin axirət) üçün necə çalışmısan və nə hazırlamısan? O yerdə həyat fərdi şəkildədir, öz ehtiyaclarını özün fərdi şəkildə ödəməlisən. Orada girov və yardım istəmək qapısı bağlı olacaq. Sən bu dünyaya gəlmisən ki, ora üçün hazırlıq görəsən...”
Ətraflı| Şərhlər: 0 | Дата: 12 Oktyabr, 2017
|
Əllamə Təbatəbai: “Hər səhər yuxudan oyananda qarşınıza çıxacaq hər bir işdə yalnız izzətli Allahın razılığını nəzərdə tutacağınızı ciddi şəkildə qərara alın. O zaman yerinə yetirəcəyiniz hər işin başlanğıcında axirət xeyrini nəzərdə tutmuş olacaqsınız. Belə ki, əgər axirət faydası olmasa, hər nə iş olsa belə, o işi görməyəcəksiniz”.
Ətraflı| Şərhlər: 0 | Дата: 2 Oktyabr, 2017
|
İmam Hüseyn (ə) Aşura günündəki kəlamlarının birində buyurmuşdur: "Bilin! Bu haramzadə oğlu haramzadə məni iki yol arasında qoyub: qılınc və zillət! Zillətə qatlaşmaq bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri, möminlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq!"
Ətraflı| Şərhlər: 1 | Дата: 22 Sentyabr, 2017
|
Cəlaləddin Rumi təvazö haqqında deyib:
Ətraflı| Şərhlər: 0 | Дата: 21 Sentyabr, 2017
|
İbn Covzi: “Adamların bir qismi dünyada zahidlik etməyi fəzilət sayır, bir qismi də daim ibadətlə məşğul olmağı fəzilət hesab edir. Əslində isə kamil şəkildə fəzilət yalnız elmlə əməli birləşdirməkdədir. Bu iki xüsusiyyət (elm və əməl) insanı hər cür nöqsandan uzaq və uca olan Yaradanı haqqı ilə tanımaq mərtəbəsinə yüksəldər, insanı Allahı sevməyə, Ondan qorxmağa və Ona şövq duymağa təhrik edər. Son məqsəd də elə budur. İnsana əzmkarlığı qədərində vəzifə yüklənər. Hər sevən sevilməz, hər axtaran tapmaz. Amma bəndənin vəzifəsi çalışmaq, səy göstərməkdir”.
Ətraflı| Şərhlər: 0 | Дата: 13 Sentyabr, 2017
|
Qəzzali Peyğəmbərin (s) dünya əhlinə buyurduğu nəsihətlərdən biri barədə yazırdı:
“Allah-Taalanın bir bəndədən uzaqlaşmasının əlaməti budur ki, onu faydasız işlərlə məşğul edər. Əgər adamın ömrünün bir saatı yaradılış məqsədinə aid olmayan işlərə sərf edilsə, yeri var ki, bundan ötrü uzun-uzadı peşmançılıq çəksin. Qırx yaşını keçəndən sonra hər kimin xeyir işləri şər işlərini üstələməmişsə, alova (cəhənnəmə) doğru hazırlığını görsün”.
Ətraflı| Şərhlər: 1 | Дата: 5 Sentyabr, 2017
|
Əllamə Hilli: “Göylərdə və yerdə nə varsa – səmanın ənginliyində uçan quş və dəryada üzən balıq da – elm ardınca düşən şəxsdən ötrü istiğfar edər (onun günahlarının bağışlanma¬sını Allahdan diləyər). Hətta mələklər razılıqla öz qanadlarını elm ardınca gedən şəxsin üzərinə sərərlər”.
Ətraflı| Şərhlər: 0 | Дата: 28 Avqust, 2017
|
Yer kürəsinin 8 ili, Veneranın 13 ilinə bərabərdir. Bu iki planet Günəş ətrafında dövr edərkən ortaya belə bir gözəllik çıxır.
Ətraflı| Şərhlər: 0 | Дата: 25 Avqust, 2017
|
Ayətullah əl-üzma Muhəmməd Təqi Behcətin bəzi tövsiyələri:
Ətraflı| Şərhlər: 0 | Дата: 21 Avqust, 2017
|
"Cənab! (Ruhunuzdakı) bütün bu pozuntular, o cümlədən, vəsvəsələr və aramlığın itməsi qəflətdəndir. Qəflətin ən aşağı mərtəbəsi Allahın əmrlərindən qafil olmaqdır. Qəflə tin başqa mərtəbələri də var; inşallah, o mərtəbələrə çatmazsınız. Bütün qəflətlərin səbəbi ölümdən qafil olmaq və dünyada qalmaq xülyasıdır. Əgər bütün qorxu-hürkülərdən və vəsvəsələrdən amanda qalmaq istəyirsinizsə, həmişə ölümü və Allah-Taalanın görüşünə nail olmağı düşünün.
Ətraflı| Şərhlər: 0 | Дата: 3 Avqust, 2017
|
|
|
50 səhifədən 5 << < 1 2 3 4 5 6 7 8 9 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|