 | POPULYARXƏBƏRLƏR |




|
Şəhidi-əvvəl: “Ölümü xatırlamaq bəndəliyin həqiqətini anlamaq üçün gözəl yardımdır. Peyğəmbərdən (s) soruşdular: “Ey Allahın Rəsulu! Şəhidlərlə birgə məhşərə gələn (yəni şəhidlərlə eyni savabı qazanan) olacaqmı?” Cavab verdi: “Bəli, səhərdən-axşama kimi müddətdə (yəni gün ərzində) iyirmi dəfə ölümü xatırlayan şəxs”. Ölümü xatırlamaq mənasız arzuları azaldar, savab əməllərə gözəllik bəxş edər”.
Ətraflı| Şərhlər: 0 | Дата: 3 Aprel, 2018
|
“Sənin qiymətin hər iki dünya qədərdir. Nə edim ki, öz qiymətini bilmirsən! Özünü ucuz satma, sənin qiymətin çox bahadır. Allah-Taala buyurur ki, mən sizi, sizin vaxtınızı, canınızı, malınızı və həyatınızı almışam. Əgər bunları mənə sərf etsəniz və mənə təhvil versəniz, bunun qiyməti əbədi behiştdir. Mənim yanımda sizin qiymətiniz bu qədərdir. Yox, əgər özünü cəhənnəmə (cəhənnəm qiymətinə) satsan, özünə zülm etmiş olarsan...”
Ətraflı| Şərhlər: 0 | Дата: 15 Mart, 2018
|
İbn Covzi: “Təqva həqiqi mənada öz yerini tapanda bütün xeyir-bərəkətləri görərsən... Hər kim Allahın hədlərini qorusa, Allah da onu (təhlükələrdən) qoruyar...
Elmsiz ibadət etmə! Özünü zahid və sufi kimi göstərənlərdən bir çoxu elmsiz əməl etdiyinə görə hidayət yolundan azdı... Öz elminə əməl etməyən o qədər vaiz olub ki, su daşın üzərindən axıb tökülən kimi onların da moizəsi qəlblərdən silinib gedib.
Niyyətsiz kimsəyə nəsihət etmə, niyyətsiz addım atma, niyyətsiz bircə loğma yemə...”
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Mart, 2018
|
İmam Əli (ə): "Evdə qəsb olunmuş daşın olması, həmin evin dağılmasının zaminidir"
Ətraflı| Şərhlər: 0 | Дата: 21 Fevral, 2018
|
Ayətullah Behcət: “Əgər bir şəxsin ömrünün yarısı əsl nemət verəni (yəni Allahı) xatırlamaqla, digər yarısı isə qəflətdə keçibsə, yaşayışının yalnız yarısı onun həyatı hesab olunar, digər yarısı isə onun ölümü sayılar. Bu ölüm özünə ziyan yetirməkdən və xeyirdən məhrum olmaqdan ibarətdir”.
Ətraflı| Şərhlər: 0 | Дата: 6 Fevral, 2018
|
Ayətullah Şahabadi: “Bərzəx qalmaq məkanı deyil. Ora əməlləri, əxlaq və əqidələri təmizləmək üçün bir aləmdir ki, bundan sonra insan yenə qiyamət aləminə qayıtsın, zati, sifati və feli tövhidi təkmilləşdirsin, təqva libasını qazansın, Haqqa doğru tələsməklə başqalarının həsəd apardığı məqama yetsin. Çünki abidin ibadətinin çəkisi (dəyəri) onun mərifəti qədərdir”.
Ətraflı| Şərhlər: 0 | Дата: 23 Yanvar, 2018
|
Ayətullah Behcət: “Çox danışan olmayaq, iş görən olaq. Elmsiz əməl etməyək. Elmlə hərəkət edək və elmlə duraq. Bildiyimizi yerinə yetirək, bilmədiklərimiz barəsində isə bilənə kimi ehtiyat edib duraq. Bu yol heç zaman peşmançılıq gətirməz”.
Ətraflı| Şərhlər: 0 | Дата: 4 Yanvar, 2018
|
Ayətullah Şahabadi: “Ey iman gətirənlər” xitabının mənası budur ki, ibadət məqamında Məbuddan başqa heç nəyi görməyin. Oranın (axirətin) hürriyyəti buranın (dünyanın) bəndəliyinin nəticəsidir...”
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Dekabr, 2017
|
Cəlaləddin Rumi: “Zöhd nədir? Dünyadan üz çevirib, ibadətə və axirət aləminə yönəlmək. Bunun üçün gərək dünyanı tanısın, dünyanın pisliyini və dayanıqsızlığını, axirətin gözəllyini və əbədiliyini anlasın, ibadətdə ictihad etsin, bilsin ki, necə və kimə ibadət etməlidir. Bunlar hamısı elmdir. Elə isə, elmsiz zöhd yoxdur”.
Ətraflı| Şərhlər: 0 | Дата: 15 Dekabr, 2017
|
Ayətullah Behcət: “Hər kim Xaliqə və məxluqa yəqin etsə və etiqad bəsləsə, bütün peyğəmbərlərə və canişinlərə bağlı olsa və inansa, onlara əqidə və əməldə təvəssül etsə, onların göstərişlərinə əsasən hərəkət edib dursa, ibadət zamanı öz qəlbindən Allahdan başqa hər şeyi çıxarsa və bu cür qəlblə namaz qılsa – bir halda ki, hər şey (bütün ibadətlər) namaza bağlıdır – şəkk ediləsi məsələlərdə İmami-zamana tabe olsa, yəni İmamın özünə zidd hesab etdiyi hər kəsin əleyhinə olsa və İmamın özünə uyğun (yaxın) bildiyi hər kəsi o da özünə uyğun saysa, onun lənət etdiyi kəsə o da lənət desə, onun mərhəmət göstərdiyi şəxsə o da mərhəmətlə yanaşsa, bütün bunlara hətta az səviyyədə olsa belə, riayət etsə, heç bir kamaldan (kamillikdən, fəzilətdən) məhrum qalmaz və heç bir günah qazanmaz”.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Dekabr, 2017
|
|
|
50 səhifədən 3 << < 1 2 3 4 5 6 7 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|