Ən qədim mənbələrdən olan "Əl-Ğarat" əsərinin müəllifi İbrahim ibn Məhəmməd Səqəfi müəllimindən belə bir xatirə nəql etmişdir: “Uşaq idim. Atam məni özü ilə birlikdə Kufə məscidinə Cümə namazına aparmışdı. Adam çox idi. Atam məni boynuna mindirdi. İmam Əlinin (ə) xütbə oxuyarkən əbasının qolunu yellədiyini gördüm. Atama dedim, hava isti, adam da çox olduğu üçün deyəsən Əli ibn Əbutalibə çox istidir, paltarının qollarını yellədir. Atam dedi: “Yox, oğul, məsələ isti-soyuqluq deyil. Sadəcə, Əlinin vur-tut, cəmi bir paltarı var. Paltarını yuyub, qurutmağa fürsəti olmayıb. İndi yaş paltarının qollarını yellədir ki, qurusun”.
Bir paltar faktını Corc Cordaq da qeyd etmişdir:
Harun ibn Əntərənin atasına istinad etdiyi bir xatirədə deyilir: “Qış fəsli idi. Xurnəqə Əlini görməyə getmişdim. Çiynində onu soyuqdan qoruyacaq köhnə bir əba var idi. Dedim: “Ey möminlərin əmiri, Allah beytülmaldan sən və ailən üçün də bir pay ayırdığı halda, nə üçün belə edirsən?” Dedi: “And olsun Allaha, sizin malınızdan heç nə götürmərəm. Bu əbanı da özümlə Mədinədən gətirmişəm”. (Corc Cordaq, İnsan ədalətinin səsi).
Famil Burxanoğlu