Qəzzali Peyğəmbərin (s) dünya əhlinə buyurduğu nəsihətlərdən biri barədə yazırdı:
“Allah-Taalanın bir bəndədən uzaqlaşmasının əlaməti budur ki, onu faydasız işlərlə məşğul edər. Əgər adamın ömrünün bir saatı yaradılış məqsədinə aid olmayan işlərə sərf edilsə, yeri var ki, bundan ötrü uzun-uzadı peşmançılıq çəksin. Qırx yaşını keçəndən sonra hər kimin xeyir işləri şər işlərini üstələməmişsə, alova (cəhənnəmə) doğru hazırlığını görsün”.
("İrfan əlifbası: ariflərdən öyüdlər" kitabından)