Cəlaləddin Rumi təvazö haqqında deyib:
“...Suda batan adam nə hərəkət etsə də, bu, onun deyil, suyun hərəkətidir. Nə qədər ki, suda çabalayır, onu qərq olmuş saymazlar. Əgər “ah, batıram” deyə haray salsa da, buna batmaq deməzlər. Camaat “Ənəlhəqq” deməyi böyük iddia hesab edir. Əslində “ənəlhəqq” ən böyük təvazödür. Çünki insan “mən Allahın bəndəsiyəm” deyəndə iki varlığı təsdiq etmiş olur: biri özü, o biri isə Allahdır. Amma “ənəlhəqq” deyəndə özünü yox edib. Ənəlhəqq, yəni mən yoxam, hər şey Odur, Allahdan başqa varlıq yoxdur. Mən bütünlükdə heçəm, yoxam. Bu sözdə daha artıq təvazö vardır, amma camaat anlamır...”
("İrfan Əlifbası: ariflərdən öyüdlər" kitabından)