İbn Covzi: “Təqva həqiqi mənada öz yerini tapanda bütün xeyir-bərəkətləri görərsən... Hər kim Allahın hədlərini qorusa, Allah da onu (təhlükələrdən) qoruyar...
Elmsiz ibadət etmə! Özünü zahid və sufi kimi göstərənlərdən bir çoxu elmsiz əməl etdiyinə görə hidayət yolundan azdı... Öz elminə əməl etməyən o qədər vaiz olub ki, su daşın üzərindən axıb tökülən kimi onların da moizəsi qəlblərdən silinib gedib.
Niyyətsiz kimsəyə nəsihət etmə, niyyətsiz addım atma, niyyətsiz bircə loğma yemə...”
("İrfan əlifbası: ariflərdən öyüdlər" kitabından)