Ayətullah Behcət: “Hər kim Xaliqə və məxluqa yəqin etsə və etiqad bəsləsə, bütün peyğəmbərlərə və canişinlərə bağlı olsa və inansa, onlara əqidə və əməldə təvəssül etsə, onların göstərişlərinə əsasən hərəkət edib dursa, ibadət zamanı öz qəlbindən Allahdan başqa hər şeyi çıxarsa və bu cür qəlblə namaz qılsa – bir halda ki, hər şey (bütün ibadətlər) namaza bağlıdır – şəkk ediləsi məsələlərdə İmami-zamana tabe olsa, yəni İmamın özünə zidd hesab etdiyi hər kəsin əleyhinə olsa və İmamın özünə uyğun (yaxın) bildiyi hər kəsi o da özünə uyğun saysa, onun lənət etdiyi kəsə o da lənət desə, onun mərhəmət göstərdiyi şəxsə o da mərhəmətlə yanaşsa, bütün bunlara hətta az səviyyədə olsa belə, riayət etsə, heç bir kamaldan (kamillikdən, fəzilətdən) məhrum qalmaz və heç bir günah qazanmaz”.
("İrfan əlifbası: ariflərdən öyüdlər" kitabından)