Fakültədə ilk dərsə girəcəkdim. Buna görə də yeni aldığım kostyumu geyinmiş, eynirəngli çantamı götürüb evdən çıxmışdım.Maşınımı qoyduğum dayanacağa tərəf gedəndə birdən özümü saxlaya bilməyib yıxıldım. Görünür, çox fikirli olduğum üçün yolumun üstündəki dəmir parçasını görməmişdim. Şalvarımın bir dizi cırılmış, sol ovcum isə zibil qutusuna dəyərək yaralanmışdı. Özümü yığışdırıb tez ayağa qalxdım və şalvarımın cırığını çantamla örtərək evə qayıtdım...