ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar 2003-cü ildə prezident Səddam Hüseynin hakimiyyətdən devrilməsi üçün İraqa hücum etməməli idi.
İran prezidenti Həsən Ruhani Birləşmiş Ştatlarla yaranmış gərginlik fonunda bildirib ki, yaxın Şərq dövləti ərazisinin bombarmanlara məruz qalacağı təqdirdə təslim olmayacaq.
Yeni partiya yaratmaq ərəfəsində olan Türkiyənin sabiq Baş naziri Əhməd Davutoğlu Ankarada keçmiş AKP-li nazirlər və millət vəkillərinin iştirak etdiyi iftar məclisində çıxış edərək, hazırki iqtidarı başda Rəcəb Tayyib Ərdoğan olmaqla tənqid atəşinə tutub.
Səudiyyə Ərəbistanı koalisiyasının son 4 ildə Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölən və yaralananların sayı 52 mindir. Ölənlər 13, 250 nəfər, qalanı isə müxtəlif dərəcələrdə yaralananlardır.
Fələstinin bütün siyasi cinahları və hərəkatları ABŞ-ın İsrail-Fələstin münaqişəsi ilə bağlı Bəhreyndə keçirmək istədiyi toplantını indidən boykot etməyə başlayıblar.