POPULYARXƏBƏRLƏR

Əhməd Davudoğlu imam Əlinin (ə) göstərişinə uyğun davrandı

Yeni partiya yaratmaq ərəfəsində olan Türkiyənin sabiq Baş naziri Əhməd Davutoğlu Ankarada keçmiş AKP-li nazirlər və millət vəkillərinin iştirak etdiyi iftar məclisində çıxış edərək, hazırki iqtidarı başda Rəcəb Tayyib Ərdoğan olmaqla tənqid atəşinə tutub.

İslam.az-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, siyasətçi ölkədəki vəziyyətə toxunaraq “qınınızdan çıxın, qorxmadan sözünüzü deyin” söyləyib: “Hamımız soyuqqanlı tərzdə danışmalıyıq. Bundan çəkinməməliyik. Fərqli söz söyləyən kimliyindən asılı olmayaraq xəyanət və ya başqa cinayətlərdə ittiham edilməməlidir. Bu əks fikirlərə cavab vermək lazımdır. Üç ildir belə ittihamlara tuş gələn insan kimi söyləyə bilərəm: belə ittihamlardan qorxan şəxslər düşünməyi unudurlar, əxlaqı unudurlar, ən başlıcası isə, insan olmağı unudurlar”.

Zəruri haşiyə. Bu yerdə İmam Əlinin (ə) hər dövr və hər ictimai quruluş üçün əbədi aktuallığını itirmiyəcək kəlamı xatırlamaq yerinə düşərdi: “İman (nişanəsi) budur ki, sənin ziyanına olsa belə doğru danışmağı, xeyrinə olsa da yalan danışmaqdan üstün tutasan.” (Nəhcül-Bəlağə, hikmət 458).

Davutoğlu Türkiyədə ədalətin yenidən bərqərar olmasının labüdlüyünü vurğulayıb və amerikalı rahib Bransonla əlaqədar ABŞ və Türkiyə arasında meydana gələn gərginliyi xatırladıb: “Branson məsələsində beynəlxalq aləmdə itirdiyimiz etibar məni son dərəcə üzdü. Baxmayaraq ki, mən vəzifə başında deyildim. Niyə məyus etdi? Əgər iddia olunduğu kimi Branson cinayət törətmişdirsə, o zaman nə olursa olsun onu buraxmaq olmazdı. Yox, əgər bir günahı yox idisə, kim olursa olsun, o, həbs edilməməliydi”.

Xatırladaq ki, amerikalı din xadimi Endryu Branson 2016-cı ilin noyabrında Türkiyə dövlətinə qarşı cinayətlərdə ittiham edilərək həbs edilmişdi. Bu hadisə Türkiyə-ABŞ münasibətlərində ciddi gərginliyə səbəb olmuşdur və hətta ABŞ-ın Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalarına gətirib çıxarmışdı. Birləşmiş Ştatların təzyiqi nəticəsində 2018-ci ilin oktyabrında rahib Branson azad edilib.



Yerləşdirilib:23 May, 2019  18:36, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com