Səudiyyə Ərəbistanı koalisiyasının son 4 ildə Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölən və yaralananların sayı 52 mindir. Ölənlər 13, 250 nəfər, qalanı isə müxtəlif dərəcələrdə yaralananlardır.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə qərargahları paytaxt Sənada yerləşən Yəmənin Səhiyyə Nazirliyi bəyanat verib.
Bildirilib ki, Səudiyyə koalisiyasının təcavüzü başlayandan indiyədək bu koalisiyanın birbaşa hava zərbələri nəticəsində 52 min insan həlak olub və yaralanıb ki, onlardan 13, 250 nəfərini ölənlər təşkil edir.
Ölənlərin 3,800 nəfərini uşaqlar təşkil edir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıblar.