Səudiyyə Ərəbistanı Ramazan ayının sonunda 3 məşhur din xadimini edam edəcək.
İslam.az Publika.az-a istinadla xəbər verir ki, bunu Həmas terror təşkilatının siyasi bürosunun üzvü Musa Əbu-Mərzuk tvitter hesabında yazıb.
Əbu-Mərzuk 2 səudiyyəli rəsmi şəxsə istinadən verdiyi xəbərdə 2017-ci ildə həbs olunan İslam alimi Salman Əl-Avdə, natiq Avad əl-Karni və dini veriliş aparıcısı Əli ƏL-Öməri edam olunacağını iddia edib.
O, sözügedən şəxslərin ölümündə Səudiyyə Ərəbistanı hökumətini, bu hokum verənləri, hakimləri və hökmdən xəbərdar olub yardım etməyən şəxsləri ittiham edib.