Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın patriarxı Kirilli Milad bayramı münasibətilə təbrik edib, ona və bütün rus xalqına Tanrıdan can sağlığı, xoşbəxtlik və uğur arzulayıb. APA-nın "İnterfaks-Religiya"ya istinadən verdiyi məlumatına görə, A. Paşazadə İsa peyğəmbərin hər müsəlman üçün müqəddəs olduğunu xatırladaraq müsəlmanların bu bayramının sevincini pravoslavlarla birgə bölüşdüyünü deyib.