Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyev yanvarın 9-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə yola düşəcək
SAM-ın mətbuat xidmətindən APA_ya veriolən məlumata görə, o, yanvarın 12-də BƏƏ-nin Dubay İdarəetmə İnstitutu tərəfindən "Azərbaycanın xarici siyasəti və Körfəz Əməkdaşlıq Şurasına üzv olan dövlətlərlə Xəzəryanı ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi" mövzusunda Dubay şəhərində təşkil olunacaq geniş formatlı dəyirmi masada iştirak və əsas məruzəçi qismində çıxış edəcək.
Səfər çərçivəsində Yaxın Şərq və Hərbi Təhlükəsizlik Məsələləri İnstitutunda görüş və müzakirələrin keçirilməsi də nəzərdə tutulur.