POPULYARXƏBƏRLƏR

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun mətbuatda yayımlanmış çağırışı ilə bağlı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun yanvarın 2-də partiyanın Baş Məclisinin iclasındakı çıxışı ilə bağlı bəyanat yayıb


QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir: "Qafqaz Müsəlmanları İdarəsi son günlər yerli KİV vasitəsilə yayımlanan və dindarların etirazına səbəb olan qeyri-leqal Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun məsuliyyətsiz çağrışları ilə bağlı aşağıdakıları bəyan edir: Bu bir həqiqətdir ki, Allah-Təalanın mərhəməti sayəsində tarixin ən məsuliyyətli dövründə Azərbaycan xalqının, dövlətimizin taleyi qüdrətli şəxsiyyətlərə həvalə olunub. Məhz Heydər Əliyev dühası Vətənimizi parçalanma və məhvolma təhlükəsindən xilas edərək müstəqil Azərbaycan dövlətçiliyini bərqərar edib. Ulu öndərin xalqımızın uğurlu gələcəyi ilə bağlı ülvi arzularını həyata keçirmək missiyası isə möhtərəm dövlət başçımız İlham Əliyevə nəsib olub. Qədirbilən xalqımız bu siyasətin bəhrəsini görür və inşaallah, hələ uzun müddət də görəcək. Dünya şahiddir ki, bu gün dövlət başçımızın səyləri sayəsində Azərbaycan uğurlu inkişaf yolu ilə irəliləyir, həyatın bütün sahələrində böyük nailiyyətlər qazanır. Möhtərəm prezidentimiz hər bir Azərbaycan vətəndaşının prezidenti olaraq, hər birimizin din, vicdan azadlığının etibarlı qarantıdır. Din-dövlət münasibətlərində yüksək səviyyənin təmini, milli-mənəvi dəyərlərə və tarixi-dini abidələrə dövlət qayğısı istər Ulu Öndərin, istərsə də cənab İlham Əliyevin prezidentlik dövrlərini səciyyələndirən cəhətlərdəndir. Vətəndaş həmrəyliyinə xələl gətirmək niyyətində olanlar unutmamalıdırlar ki, demokratiya və vicdan azadlığı insan hüquqlarının qorunmasına xidmət edir və cəmiyyətdə zərərli meyllərə, parçalanma və qarşıdurma cəhdlərinə qətiyyən haqq qazandırmır.

Biz, dindarlar, ömrünü, bütün varlığını xalqa xidmətə, Azərbaycanın inkişafına həsr etmiş ulu öndərimizin nurlu xatirəsinin, dövlətimizi ən ali məqamlarda təmsil edən möhtərəm prezidentimizin xalqımız və dövlətimiz qarşısında xidmətlərini inkar edən çağrışların edilməsini heç bir vəchlə qəbul etmir və buna qəti etirazımızı bildiririk. Hesab edirik ki, bu, xalqımıza və dövlətçiliyimizə qarşı yönəlmiş təxribatdır və bundan məqsəd, milli birliyimizi sarsıtmaq, sabitliyimizə xələl gətirmək, cəmiyyət daxilində qarşıdurma yaratmaqdır. Bu, olduqca təhlükəli təzahürdür və biz çox təəssüf edirik ki, bu hal İslam adından sui-istifadə edən üzdəniraq təəssübkeşlər tərəfindən məqsədli şəkildə yaradılır. Başörtüsü məsələsinin gündəmə gətirilməsi belələri üçün bir bəhanədir. Dindarlarımız nəzərə almalıdırlar ki, baş örtüsünə dövlət tərəfindən qadağa qoyulmayıb. Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi başörtüsü ilə bağlı öz mövqeyini birmənalı şəkildə bildirib. İslamın müqəddəs dəyərlərini uca tutan şəxs heç bir zaman böhtan, iftira, təfriqə, təhqir kimi günahlara və zorakılığa çağırışa yol verməz. Dövlət başçısının ünvanına olmazın hədyanlar danışmaq, görülən böyük işləri, o cümlədən, dinimizə ehtiram və qayğını nankorcasına danmaq İslami əxlaqımıza, milli dəyərlərimizə hörmətsizlikdir.

Biz, dindarlar, dövlət mənafelərimizə, milli maraqlarımıza zidd olan bütün təhlükələrin qarşısının alınmasını olduqca vacib hesab edir, xalqımızı fitnələrə uymamağa, hər vəchlə vətəndaş həmrəyliyini qoruyub saxlamağa çağırırıq. Bir daha bəyan edirik ki, Azərbaycan dindarları, inşaallah, heç bir zaman fitnələrə uymayacaq və öz dövlətçiliyinin qorunması yolunda bütün maneələri dəf edəcəklər".



Yerləşdirilib:10 Yanvar, 2011  12:24, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com