"Türkiyə ilə Azərbaycan arasında dini, mənəvi əlaqələrin inkişafı iki ölkə üçün deyil, bütün Qafqaz üçün, o cümlədən Rusiyada yaşayan müsəlmanların maraqlarına xidmət etmək üçündür".
“Bakıda olmaqdan çox məmnunam. Bakıya səfərimiz Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümü ilə bağlı bayram tədbirlərinə təsadüf etdi. Mən bütün azərbaycanlı bacı və qardaşlarımızı müstəqilliyin iyirminci ildönümü münasibətilə təbrik edirəm”.
Türkiyənin dini (diyanət) işlər naziri Mehmet Görməz dünən Bakıya rəsmi səfərə gəlib. APA-nın məlumatına görə, səfər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin dəvəti əsasında gerçəkləşir.
Oktyabrın 13-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin görüşü olub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Argentina İslam Mərkəzi və parlament üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirib.
Erməni Qriqoran kilsəsinin rəhbərliyi Avstriya Xarici İşlər Nazirliyinin Azərbaycan, Ermənistan və Gürcüstan ruhani liderlərinin görüşünü keçirmək təklifini müzakirə edib.