POPULYARXƏBƏRLƏR

Türkiyənin müdafiə naziri: “Türkiyə hər zaman Azərbaycana hərbi dəstək verib, bundan sonra da verəcək”

Türkiyə müdafiə nazirinin Azərbaycana səfəri başlayıb

Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 12-də Azərbaycana gəlib. APA-nın məlumatına görə, onu səfərdə Türkiyənin müdafiə sənayesi katibi Murad Bayar, ASELSAN, ROKETSAN və Makina və Kimya Sənayesi Təşkilatının (MKEK) baş direktorları müşayiət edirlər.

Nümayəndə heyəti bu gün səhər Fəxri xiyabanda Heydər Əliyevin, Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib. Nazir Türk Şəhidliyində xatirə dəftərinə ürək sözlərini yazıb.

İ. Yılmaz jurnalistlərə açıqlamasında deyib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır: “Bütün sahələrdə olduğu kimi, müdafiə sahəsində də əlaqələrimiz yüksək səviyyədir. Türkiyə hər zaman Azərbaycana hərbi dəstək göstərib, bundan sonra da göstərəcək”.

Nazir Azərbaycan və Türkiyə arasında imzalanmış “Strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında” sazişin və hər iki ölkənin hökumətlərində yaradılacaq Yüksək Əməkdaşlıq Şurasının əlaqələrin daha da güclənməsinə təkan verəcəyini qeyd edib.

“Səfər zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq və perspektiv layihələr də müzakirə olunacaq”, - deyə İ. Yılmaz bildirib.

Bu gün Türkiyə nümayəndə heyətinin Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə və müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşləri nəzərdə tutulur. Bundan başqa, oktyabrın 15-dək davam edəcək səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə də görüşlər planlaşdırılır. İ. Yılmazın başçılıq etdiyi heyət Müdafiə Sənayesi Nazirliyinin hərbi müəssisələrinə də baş çəkərək Azərbaycanın hərbi-sənaye potensialı ilə də tanış olacaq.

Qeyd edək ki, səfər Azərbaycan müdafiə nazirinin dəvəti əsasında gerçəkləşir.

Bu, İsmət Yılmazın müdafiə naziri postunda Azərbaycana ilk səfəridir.



Yerləşdirilib:13 Oktyabr, 2011  12:10, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com