Şəki rayonunun mərkəzi məscidində güclü yanğın baş verib. Bu barədə rayon sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, səhər saatlarında baş vermiş yanğın məscidin böyük hissəsini bürüyüb.
İlkin məlumata görə, xəsarət alan olmayıb. Lakin rayon Yanğından Mühafizə İdarəsi (YMİ) əməkdaşlarının çevikliyi nəticəsində yanğının qarşısını tezliklə almaq mümkün olub. YMİ-dən bildirilib ki, ilkin ehtimallara görə, yanğının baş verməsinə məscidin qazanxanasında yanacağın yerə sızması səbəb olub. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, məscidin qəsdən yandırılması faktı da istisna edilmir.