Suriya ordusunun bir neçə zabiti və əsgəri İordaniya ilə sərhəddəki Deraa şəhərində silahsız nümayişçilərə atəş açmaqdan imtina ediblər. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat verir
"Əl-Öməri məscidinin qarşısında 5 zabit və 10 əsgər qarşı tərəfdəkilərin silahsız olduğunu görəndə atəşi dayandırdılar", deyə yerli fəal Abdulla Abazeyd bildirib. Onun sözlərinə görə, nəticədə sakinlər küçədən meyitləri və yaralıları götürə biliblər.