ABŞ prezidenti Barak Obama xüsusi memorandumla Liviya lideri Müəmmar Qəddafi rejiminə qarşı müharibə aparan Liviya müxalifətinə 25 milyon dollar dəyərində qeyri-hərbi yardım göstərməyi Dövlət Departamentinə və Pentaqona həvalə edib.
"Bu qeyri-hərbi yardım mallar və xidmətlər şəklində mülki əhalinin qorunmasına çalışan (Benqazi şəhərində üsyançılar tərəfindən təşkil olunan) Milli Şuraya veriləcək".
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə memorandumda deyilir.