İran parlamentinin nüfuzlu üzvlərindən biri olan Məhəmməd Taki-Rəhbər ölkə sakinlərini Həcc ziyarətini boykot etməyə çağırıb.
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, səbəb İranla Səudiyyə Ərəbistanı arasında Bəhreyn problemi ilə əlaqədar gərginliyin olmasıdır. Taki-Rəhbəri bildirib ki, İran zəvvarlarının Səudiyyə Ərəbistanında xərcləyəcəkləri pullar silah alınmasına gedir və səudiyyəli vəhhabilər bu silahlarla Bəhreyn şiələrini öldürür.