"Misir Ərəb Respublikası Qafqaz regionunun təhlükəsizlik və sabitliyinə böyük maraq göstərir və münaqişənin beynəlxalq hüquq prinsipləri və beynəlxalq qanunlar çərçivəsində sülh yolu ilə həll olunmasının vacibliyinə dair öz mövqeyini bir daha təsdiq edir".
Misirdə hərbi rəhbərliyin islahatları gecikdirməsinə etiraz əlaməti olaraq keçirilən nümayişlər zamanı polis ilə nümayişçilər arasında baş vermiş qarşıdurmalar nəticəsində 231 etirazçı yaralanıb, - "İTAR-TASS" xəbər verir.
Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda qəzaya uğrayan "Silk Way" aviaşirkətinə məxsus "İL-76" təyyarəsində həlak olanların cəsədlərinin qaytarılması ilə bağlı bu ölkəyə nota verib.
Noyabrın 13-dən 17-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Yaxın Şərqin ən böyük aerokosmik sərgisi olan "Dubai Aeroshow-2011" keçiriləcək.